“Neftçi” ilə vidalaşmaq vaxtı çatdı“ - AYRILIQ MESAJI YAZDI

26 Yanvar 2022 00:30 Neftçi 590
“Neftçi” ilə vidalaşmaq vaxtı çatdı“ - AYRILIQ MESAJI YAZDI

“Neftçi” müqavilə ilə “Olimpiakos”a məxsus olan qvineyalı yarımmüdafiəçi Mamadu Kane ilə yollarını ayırıb.

25 yaşlı legioner sosial şəbəkə hesabında məlumat paylaşaraq, Sportinfo.az-ın yaydığı informasiyanı doğrulayıb (https://www.sportinfo.az/idman_xeberleri/neftci/131912.html).

Qvineya millisinin üzvü Azərbaycan çempionuna təşəkkür edib:

“Neftçi”də keçirdiyim bir neçə ildən sonra bu komanda ilə vidalaşmaq vaxtı çatdı. Məni dünyaya məhz bu klub tanıtdırdı.

“Neftçi”dəki hər kəslə, klub prezidenti, idman direktoru, məşqçilər, komanda yoldaşlarım və azarkeşlərlə əməkdaşlıq etmək fürsətim olduğu üçün çox şadam.

Hamı bilir ki, buradan yaxşı hisslərlə ayrılır, sizinlə bölüşdüyüm bu peşəkar təcrübə ilə fəxr edirəm. Hamınızdan razı qaldım.

İşimi sevdim və bu, məni son anadək motivasiya etdi. Mənə verdiklərinizə görə bir daha sizə təşəkkür edirəm”.

Kane 2019-cu ilin yanvarından “Neftçi”də çıxış edirdi. O, ötən yay “Olimpiakos”la 4 illik müqavilə imzalamışdı.

Lakin Yunanıstan klubu futbolçunun “Neftçi”də icarə əsasında çıxışını davam etdirməsinə şərait yaratmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"