ONUN YANINDA OLUN!

7 Fevral 2020 15:04 Maraqlı 778
ONUN YANINDA OLUN!

Parlament seçkilərinə sayılı günlər qalır. Yaşıl meydanlarda olduğu kimi, mübarizə son həddə çatıb.

"Podkat" eləyən kim, qalmaqal törədən kim, "qırmızı", "sarı" alanlar kim...

Hələ "danışılmış oyunlara" gedib çempionatdan çəkilənlər də olur, autsayderlərin liderlərə dəstək verməsi də.

Belə durumda seçicilər də çətin duruma düşür, ağı-qaradan seçmək asan olmur. Əsas tamaşaçı qisminə çevrilməməkdi. Layiq olduqları, azarkeşlik etdikləri komandalarına sona kimi dəstək omaqdır.

Xalqı düşünən namizədlərin "doqquzluğa" düşməsi tək özlərindən asılı deyil. Bərabər keçməyən görüşlərdə söz sahibi xalqdır. "12 oyunçu"dan əsas heyət üzvlərinə çevrilməlidirlər. "Qapı-qutuya" atacaqları, vuracaqları qollardan dəstək verdikləri liderlərinin, özlərinin taleyi, sabahı asılıdır...

Turnir cədvəlində ön sıraya çıxmaq üçün, "stadion-məntəqələr" tam dolmalıdır. Hakim haqsızlıqları, 11-lər də olacaq, cığallıq edənlər də tapılacaq, "zədələr"lə oyunun vaxtını uzadanlar da.

Önəmli olan seçici-azarkeşlərin hədəfdən yayınmamaları, layiq bildiklərini qorumalarıdır. Qələbə qazanmaq, qələbə qazandırmaq onların əlindədir.

Necə ki, illərdi təzyiqlərə, çətinliklərə baxmayaraq, Sportinfo.az saytının şef relaktoru İlkin Fikrətoğlu kimi dəyərli jurnalist futbolda olan problemləri çəkinmədən qabardır, hər zaman azarkeşin yanında olur, sözünü deyir, xalqa çatdırır.

İşini itirməkdən də çəkinmir, heç kimin qarşısında da baş əymir, doğru olanları dilə gətirir.

İlkin Fikrətoğlunun parlament seçkilərinə qatılmasını şərtləndirən amil, ötən il haqq sözünü dediyinə görə haqsızlıqlarla üzləşdiyində, xalqın kütləvi dəstəyi, sevgisi oldu.

İlkin bəy xalqa güvənərək bu addımı atdı. Bir jurnalist, dəyərli insan kimi üzün illərdi tanıdığım, şəxsiyyətinə, dəyişməz mövqeyinə bələd olduğum üçün, Siyəzən-Şabranda səs vermək hüququm olmadığına görə təəssüflənirəm.

Seçicilərə isə səslənirəm, fərq etməz, Kiprin "cəhənnəm" adlanan stadionunda meydana çıxılır, "Tofiq Bəhramov"da və ya Siyəzən-Şabranda.

Rəqiblərin gücü, imkanları da önəmli deyil. Əsas özünüzə güvən, meydanda olan liderinizə inam, dəstəyinizdir.

İlkin Fikrətoğlu fiziki, taktiki, psixoloji hazırlığını, təlim-məşq toplanışlarını kifayət qədər uğurla keçirib. İki gündən sonra isə son, rəsmi sınaqdır.

Yaşıl meydanlarda olduğu kimi, elə anlar olur ki, güc tükənir, belə vəziyyətdə "12 oyunçu" önə çıxır, komandaya, liderlərinə ruh verir, qələbələri təmin edir. 9 fevral, o günlərdən biridir.

Son söz, qalibiyyət anı sizlərdən asılıdır. Hər səs zəfərə aparan yoldur. Son dəqiqəyə kimi özünəinam, mübarizə əzmi itməməlidir.

Belədə qələbələr də gəlir, zəfərlər də təmin edilir. "San Siro"dakı qollar, "doqquzluq" kimi... Uğurlar, İlkin Fikrətoğlu!

Tahir Süleymanov

Digər Xəbərlər
Xəbər Lenti