Hakimdən gülməli qərar: Neymarı bu hərəkətinə görə cəzalandırdı - VİDEO

2 Fevral 2020 16:57 Maraqlı 770
Hakimdən gülməli qərar: Neymarı bu hərəkətinə görə cəzalandırdı - VİDEO

PSJ-nin hücumçusu Neymar Liqa 1-in 22-ci turunun "Monpelye" ilə oyununda hakimin qeyri-adi qərarı ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, görüşü idarə edən Jerom Brizar 38-ci dəqiqədə "göy qurşağı" finti ilə rəqibini keçməyə çalışan braziliyalı futbolçunu cəzalandırıb. Epizodu qeyri-idman hərəkəti və 27 yaşlı forvardın qarşısındakı oyunçunu alçaltması kimi dəyərləndirən hakim ona sarı vərəqə göstərib.

Matçın fasiləsində referiyə yaxınlaşan Neymar narazılığını bildirib və Brizarın növbəti gözlənilməz hərəkəti ilə üzləşib. Hakim onu başa düşmədiyini bidlirib və fransızca danışmasını istəyib.

Görüş PSJ-nin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti