Tanınmış teleaparıcı Canni De Byaziyə belə "İLİŞDİ" - FOTO

24 Mart 2022 16:40 Maraqlı 913
Tanınmış teleaparıcı Canni De Byaziyə belə "İLİŞDİ" - FOTO

Azərbaycan millisinin Malta və Latviya ilə yoxlama görüşləri üçün açıqlanan heyətdə Rövlan Muradovun olmaması ən çox müzakirə olunan ad oldu.

Təbii ki, edilən bütün iradlar haqqlıdır. Ki, bu mövsüm Muradov göstərdiyi performansla milli komandanın ən azından yoxlama görüşlərində şans qazanmağı haqq edirdi.

Amma edilən haqqsızlıq heç də 23 yaşlı futbolçunu depressiyaya salmayıb. Bunu onun sosial şəbəkədəki paylaşımından hiss etməmək mümkün deyil.

Belə ki, istedadlı oyunçu "Neftçi" ilə matçdan olan fotolarını "Təslim olmaq olmaz! Mübarizəyə davam!" başlığı ilə öz hesabından paylaşıb.

Paylaşıma ən maraqlı şərh isə məşhur teleaparıcı Sənan Şəfizadədən gəlib.

O, statusa "Mesaja cavab yazmısan?" - deyə sual ünvanlayıb. Futbolçu isə "sirrdi" deyə cavab verib.

Təbii ki, Sənan bəyin atmacalı sualı birbaşa olaraq Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin açıqlaması ilə bağlıdır.

Bilməyənlər üçün yenidən bildirək ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi heyətdə Rövlan Muradovun olmamasına belə reaksiya vermişdi: "Rövlanın çıxışını qiymətləndirirəm. Özünə də mesaj yazdım ki, səni millidə görmək istəyirəm. Amma tanıdığım futbolçu olduğu üçün bu dəfə tanımadıqlarıma dəvət göndərdim".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti