"Xəzər Lənkəran"lıların sevimlisi istefaya göndərildi

9 Aprel 2021 10:40 Maraqlı 1 571
"Xəzər Lənkəran"lıların sevimlisi istefaya göndərildi

"Viitorul" baş məşqçisi Mirça Redniklə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Rumıniya klubunun rəsmi saytı məlumat yayıb.

Komandanın nəticələri qənaətbəxş olmadığına görə rumıniyalı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verildiyi bildirilib.

Ötən ilin dekabrında Konstanta təmsilçisinə baş məşqçi təyin edilən Redniklə 2.5 illik müqavilə imzalanmışdı.

George Hacinin sahibi olduğu komanda ardıcıl ikinci mövsümdür çempionluq uğrunda yarışan ilk "6-lıq"dan kənarda qalıb.

2010/11 mövsümündə "Xəzər Lənkəran"ı çalışdırmış Mirça Rednik bu klubla Azərbaycan kubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti