Zaur Axundov klubun işçilərini bu qərarı ilə məmnun etdi

11 Sentyabr 2020 09:28 Şamaxı 1 169
Zaur Axundov klubun işçilərini bu qərarı ilə məmnun etdi

«Keşlə»nin Müşahidə Şurasının sədri Axundov klubun akademiyasında çalışan məşqçi və texniki personalı növbəti dəfə sevindirib.

Sportinfo.az-ın məlumatına görə, o, burada işçilərin ixtisar edilməsinə icazə verməyib.

Axundov pandemiyanın davam etdiyi bir dönəmdə bu kimi tədbirlərin həyata keçirilməsinin düzgün olmadığını bildirib. Sədr bütün çətinliklərə baxmayaraq, akademiyanın tam tərkibdə fəaliyyət göstərməsini tapşırıb.

Halbuki buna kimi «Keşlə»də hər kəs narahat idi. Çünki əməkdaşlara şifahi şəkildə deyilmişdi ki, yaxın günlərdə ixtisarlar olacaq. Axundov prosesin qarşısını almaqla, ölkə rəhbərliyinin tövsiyyəsinə riayət edib. Belə ki, pandemiya dövründə heç bir işçinin iş yerindən uzaqlaşdırılmaması istənilib.

Zaur bəy daha öncə akademiya mənsublarına bir jest də edib. Onun tapşırığı ilə köhnə müqavilələr yenilənib və ödəmələr sentyabrdan deyil, avqustun 1-dən hesablanıb.

Digər Xəbərlər
Xəbər Lenti