Yunis Hüseynov ondan narazı futbolçunu bağışladı - VİDEO

25 Avqust 2020 14:08 Şamaxı 1 260
Yunis Hüseynov ondan narazı futbolçunu bağışladı - VİDEO

«Keşlə»nin baş məşqçisi Yunis Hüseynov onun qərarından narazı qalan futbolçunu bağışlayıb.

Söhbət «Sumqayıt»la Premyer Liqanın açılış matçında əvəzlənən Aleksandr Kristovaodan gedir.

Belə ki, anqolalı hücumçu 65-ci dəqiqədə Silvio Rodriqesin onun yerinə meydana daxil olmasından incik düşüb. Təqdim etdiyimiz videodan da göründüyü kimi, afrikalı forvard texniki zonanın önündən keçərkən gileylənir.

Kristavaonun bu hərəkətini görən Hüseynov ona nəsə cavab verir. Hər halda baş məşqçinin mimkasından tutmaq olur ki, futbolçusuna xoş bir söz demir.

Bununla belə, o, «Laçi» ilə Avroliqa matçı öncəsi düşərgədə ab-havanı gərginləşdirmək istəməyib və adıçəkilən legioneri cərimələmək fikrindən vaz keçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti