"Nə bacarıramsa, edəcəm, çünki mənə arxa çevirmədilər"

25 Avqust 2020 09:28 Şamaxı 865
"Nə bacarıramsa, edəcəm, çünki mənə arxa çevirmədilər"

«Karyeramı davam etdirəcəyim üçün çox sevinirəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Keşlə»nin yeni transferi Rail Məlikov deyib.

Dünən Bakı klubu ilə 1 illik müqavilə imzalayan müdafiəçi ona verilən bu şansı doğruldacağını bildirib: «Hələ 34 yaşım var. Daha 1-2 il rahat oynaya bilərəm.

Özümdə güc hiss etməsəydim, heç kimə heç nə demədən futbolla vidalaşardım. Bu yaşımda özümü heç kimdən zəif saymıram. Kimdənsə zəif olsam, karyeramı başa vurardım.

«Keşlə»nin rəhbəri Zaur Axundova və baş məşqçi Yunis Hüseynova minnətdaram ki, məni bu formanı geyinməyə layiq bildilər. «Keşlə» mənim üçün yeni çağırışdır.

Təcrübəm və oyunumla komandanın uğuruna çalışacam. Nə bacarıramsa, edəcəm, heç nəyimi əsirgəməyəcəm. Çünki belə bir vaxtda mənə arxa çevirmədilər.

«Keşlə» ötən çempionatın bürünc medalçısıdır. Burada yaxşı heyət yığılıb. Görürəm ki, Zaur müəllim komandaya hər cür şərait yaradıb. İndi ab-hava da yaxşıdır. Söz verirəm ki, rəhbərliyi və məşqçilərin ümidlərini doğruldacam».

Digər Xəbərlər
Xəbər Lenti