Azərbaycanda bu klub üçün yeni baza tikilir - SON QƏRAR

26 İyul 2022 14:40 Şamaxı 2 088
Azərbaycanda bu klub üçün yeni baza tikilir - SON QƏRAR

Şamaxı İcra Hakimiyyəti (İH) eyniadlı futbol klubu üçün rayon ərazisində torpaq sahəsi ayırıb.

Həmin ərazi baza və meydançaların tikintisi üçün nəzərdə tutulub.

Redaksiyamıza verilən məlumata görə, tezliklə burada inşaata başlanacaq. Böyük layihə yerli İH və AFFA-nın köməyi ilə həyata keçiriləcək.

Həmçinin rayonda fəaliyyət göstərən şirkətlər və iş adamları da prosesə cəlb olunacaq. Tikintinin 1,5-2 il ərzində başa çatdırılması planlaşdırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti