5000 dollara razı saldılar, baş məşqçinin xəbəri olmadı

1 Yanvar 2022 10:40 Şamaxı 942
5000 dollara razı saldılar, baş məşqçinin xəbəri olmadı

"Keşlə"nin sabiq degioneri Franko Floresi geri qaytarmasından xəbərdarsız.

29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Paytaxt təmsilçisi onu 5000 dollar maaşa razı salıb. Özü də bu transfer Sənan Qurbanovla məsləhətləşmədən həyata keçirilib.

Rəsmilərin argentinalı ilə danışıqlara başlamasından çalışdırıcının xəbəri olmayıb.

Müdafiəçi 2020-ci ilin yayında Bakı klubundan ayrıldıqdan sonra oktyabrda Yunanıstan təmsilçisi “Doxa”ya keçsə də, orada heç bir rəsmi matça çıxmayıb.

Ötən ilin yanvarında karyerasını Hondurasda davam etdirib, "Real Espanya" ilə 1 illik müqavilə imzalayıb.

Flores 2019/2020 mövsümündə "Keşlə"də çıxış edib, Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti