"İstəmədim ki, belə halda davam edim" - Kapitandan açıqlama

5 Dekabr 2021 20:00 Şamaxı 492
"İstəmədim ki, belə halda davam edim" - Kapitandan açıqlama

"Ağrı olduğunu hiss elədim və istəmədim belə davam edim. Çünki bir dəfə belə halda oyuna davam etmişdim. Nəticədə dizimdə yırtıq əmələ gəlmişdi. Bu baxımdan ehtiyat elədim".

Bunu Sportinfo.az-a açıqlamasında "Səbail"lə matçda zədələnərək erkən əvəzlənən "Keşlə"nin kapitanı İlkin Qırtımov deyib.

Təcrübəli futbolçu son durumu ilə bağlı da danışıb: "Bu gün həkimə getmişdim. Dizimdə dartınma olduğu aşkarlandı. Yəqin ki, növbəti həftə müalicə alacam. Belədə yalnız fərdi məşq edə biləcəm".

Xatırladaq ki, Premyer Liqanın 13-cü turu çərçivəsində dünən baş tutan "Keşlə" - "Səbail" qarşılaşması qollu heçə-heçə (2-2) ilə başa çatıb.

İlkın Qırtımov isə dizindəki ağrılar səbəbindən 15-ci dəqiqədə Tural Axundovla əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti