"Şamaxı” yaradıldı, legionerlərin ailəsində narahatlıq baş qaldırdı

13 Noyabr 2021 20:00 Şamaxı 1 724
"Şamaxı” yaradıldı, legionerlərin ailəsində narahatlıq baş qaldırdı

Bir neçə gün əvvəl “Keşlə”nin gələn ildən adının “Şamaxı” olacağına və eyniadlı şəhəri təmsil edəcəyinə dair qərar qəbul olundu.

Yəni, klub və komanda dekabra qədər indiki adını daşıyacaq.

Bu müddətdə UEFA ilə qarşılıqlı yazışmalar aparılacaq, müəyyən hüquqi proseslər yoluna qoyulacaq. Yanvardan etibarən isə “Keşlə” dönüb olacaq “Şamaxı”.

Bunu bildik, bəs, məsələnin digər tərəfləri?

Məsələn, ən çox marağa səbəb olan sual potensial bölgə təmsilçisinin harda məskunlaşacağıdır. Bakıda, yoxsa Şamaxıda? Çünki mövsümün qızğın çağında birdəfəlik köç etmək heç də asan məsələ deyil.

Bir başqa sual komandadakı legionerlərin ailəsi ilə bağlıdır. Komanda Şamaxıda məskunlaşmalı olsa, əcnəbilərin xarici dilli məktəbdə təhsil alan, uşaq bağçasına gedən övladlarının taleyi necə olacaq?

Ailələri harda qalacaq? Bu sual bizdən çox onları narahat edir.

Növbəti sual: Komanda qış təlim-məşq toplanışı üçün ölkə xaricinə üz tutacaq, yoxsa doğmalaşmalı olan Şamaxıda məskən salacaq?

Bunlar qaranlıqda gözlə görə biləcəyimiz məqamlardır. Hələ o qədər görünməyənlər var ki.

Suallara cavab tapmaq niyyəti ilə “Keşlə”nin baş meneceri Eldəniz Yusifovla əlaqə saxladıq. Klub rəsmisi hazırda bir çox sualların cavabsız qaldığını deyib, növbəti həftə bir çox məsələlərə aydınlıq gələcəyinə ümid etdiyini bildirdi.

Odur ki, gözləyək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti