"Bunu hamımız dərk edirik" - Sənan Qurbanov

2 Fevral 2021 19:20 Şamaxı 786
"Bunu hamımız dərk edirik" - Sənan Qurbanov

“Rəqib bu gün də öz gücünü göstərdi. Komanda şəklində çox yaxşı müdafiə olundular. Qələbə qazandıq, amma qonaq komanda bizə meydanda əziyyət verdi".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/4 finalının "Kəpəz"lə ilk oyunundan sonra mətbuat konfransında deyib.

Komandanın yeni çalışdırıcısı 1:0 hesablı qələbəni belə şərh edib: “Kəpəz”in 1/8 finalda "Sabah"ı 2:1 hesabı ilə yendiyi matçı analiz etmişdik. Bu gün də çox sıx oynadılar. Bacardığımız qədər müdafiəni yarmağa çalışdıq. İkinci oyunun necə olacağını zaman göstərəcək. Cavab görüşünə ciddi hazırlaşacağıq. Çünki qarşımızda güclü rəqib var. Bunu hamımız dərk edirik".

Qurbanov komandanın aparıcı futbolçularından Sezar Meza Kollini əvəzləməsinin səbəbini belə izah edib: "Sezar bizim üçün çox önəmli futbolçudur. Meydanı tərk etməsi yorğunluqla bağlı deyildi. Digər tərəfdən, Sadio Tounkaranı bu gün iş başında görmək istəyirdim. Bütün futbolçular komandamız üçün dəyərlidir".

Digər Xəbərlər
Xəbər Lenti