"Yuventus" Udinedən məğlub döndü, çempionluğu ertələndi - VİDEO

24 İyul 2020 01:24 İtaliya 735
"Yuventus" Udinedən məğlub döndü, çempionluğu ertələndi - VİDEO

İtaliya A seriyasında XXXV turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, lider "Yuventus" təhlükəli zonadan uzaqlaşmağa çalışan "Udineze"nin qonağı olub.

"Qoca sinyora" qalib gəlsəydi, sona 3 tur qalmış çempionluğunu təmin edəcəkdi. Lakin "Udineze" hesabda geri düşməsinə baxmayaraq, gözlənilmədən ikinci hissədə vurduğu iki qolla geridönüş edib və əzmkar qələbə qazanıb.

"Udineze" - "Yuventus" 2:1
Nestorovski, 52; Fofana, 90+2 - de Liqt, 42

Digər Xəbərlər
Xəbər Lenti