"Özümü tək hiss edirdim, ona gərə gözləntiləri qarşılaya bilmədim"

13 İyul 2020 19:30 İtaliya 718
"Özümü tək hiss edirdim, ona gərə gözləntiləri qarşılaya bilmədim"

Braziliyanın “Sao Paulo” klubunda çıxş edən Aleşandro Pato gələcək karyerası ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, o, Avropada oynamaq istədiyini bildirib.

30 yaşlı hücumçu 2008-13-cü illərdə “Milan”da çıxış edib: “Avropaya qayıtmaq istərdim. Bu il performansım yaxşı olub. Burada Libertadores kubokunu qazanıb, ayrılmağı düşünürəm.

Gedəcəyim klub “Milan” olsa, yaxşı olar. Çünki orada oynadığım dönəmdə zədələrim oldu, özümü tək hiss edirdim və bu səbəbdən də gözləntiləri qarşılaya bilmədim.

Hamı məni günahlandırırdı. Ancaq bilirəm ki, onların İbrahimoviç kimi hücumçuları var. Bütün diqqətləri ona yönəltməlidirlər. Çünki o, mümkün olan hər şeyi edə biləcək futbolçudur”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"