Paytaxt klubu məşhur futbolçunun oğlunu satmağa hazırdır

10 İyul 2020 00:14 İtaliya 841
Paytaxt klubu məşhur futbolçunun oğlunu satmağa hazırdır

"Roma" cinah futbolçusu Castin Kluyvertlə yollarını ayırmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Paulu Fonseska 21 yaşlı oyunçunu gələcək planlarında görmür.

Niderlandlı futbolçunun "Arsenal"ın hədəfində olduğu iddia edilsə də, rəsmi təklif yoxdur. "Roma" Patrik Kluyvertin oğlu olan gənc vinger üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.

Kluyvert bu mövsüm 29 oyunda 7 qol vurub, 2 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!