"Məndə koronavirus var idi, indi özümü çox yaxşı hiss edirəm"

9 İyun 2020 09:52 İtaliya 401
"Məndə koronavirus var idi, indi özümü çox yaxşı hiss edirəm"

Sportinfo.az xəbər verir ki, "Yuventus"un hücumçusu Paulo Dibala bir müddət əvvəl yoluxduğu koronavirusdan danışıb.

O, qeyd edib ki, xəstəlikdən sonra əvvəlki kimi birdəfəlik bərpa olmayıb.

"Məndə koronavirus var idi, amma indi özümü çox yaxşı hiss edirəm. Hələ yüz faiz bərpa olmadım, amma artıq kifayət qədər yaxşıyam. İndi biz məşqlərə qayıdırıq, mövsüm yenidən başlanır, buna görə də tezliklə ən çox sevdiyimizi edə biləcəyik", - Dibala bildirib.

Argentinalı epidemiyanın başlanğıcından bir neçə dəfə COVID-19-la bağlı test verib. Analizlərin cavabları müsbət olub.

26 yaşlı hücumçu cari mövsümdə A Seriyasında 24 matçda oynayıb. O, bu oyunlarda 7 dəfə fərqlənib, dörd səmərəli ötürmə edib.

İtaliya çempionatı 12 iyunda davam etdirilməlidir.

Digər Xəbərlər
Xəbər Lenti