"Neftçi"nin baş məşqçisi bu sualı eşitdi - Mənim yerimdə olsaz, hansı cavabı verərdiz?

25 Aprel 00:50 Neftçi 978
"Neftçi"nin baş məşqçisi bu sualı eşitdi - Mənim yerimdə olsaz, hansı cavabı verərdiz?

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Qarabağ"la cavab qarşılaşması (1:4) haqda sualları cavablandırıb.

- Birinci oyunun nəticəsi bizə və "Qarabağ"a təsir göstərmişdi. Birinci hissə maraqlı keçmədi. İkinci hissə daha yaxşı idi. Bizim də, "Qarabağ"ın da qol epizodları var idi. Bu oyunda əvvəlki görüşlərdə özünü göstərmək imkanı olmayanlara şans verdik.

- Ağadaş Salyanski haqda fikriniz necədir?

- Biz onu əsas heyətə götürməyə cəhd edirik. Bu gün yaxşı oynadı, yaxşı ötürmələri var idi. Sevinirəm ki, "Neftçi"nin bu cür yetirməsi var və inanıram ki, faydalı olacaq.

- Rəqib oyunçular "Neftçi"nin cərimə meydançasına asanlıqla daxil olurlar. Müdafiədəki problemlər nə vaxt həll olunacaq?

- Bu tək müdafiəçilərlə bağlı məsələ deyil. Bütün komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq. "Zirə" ilə görüşdəki nəticə də mənim üçün sürpriz oldu. Çünki meydanda çox idik, amma uduzduq. Çempionatda 5 oyunumuz var. İstədiyimiz yeri tutmaq üçün əlimizdən gələni edəcəyik.

- Siz yeni təyin olunanda sosial şəbəkələrdə azarkeşlərə deyirdim ki, yaxşı baş məşqçisiz və vəziyyəti düzəldəcəksiz. Hər gün soruşurlar ki, necə olacaq? Mənim yerimdə olsanız, onlara hansı cavabı verərdiz?

- Çempionatın sonunu gözləmək lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"