“O, “Yuventus”a qayıtmağımın səbəbkarlarından biridir”

16 Fevral 2020 13:14 İtaliya 934
“O, “Yuventus”a qayıtmağımın səbəbkarlarından biridir”

“Yuventus”un qapıçısı Canluici Buffon açıqlama verib.

Sportinfo.az xəbər verir ki, oyunla bağlı danışan italiyalı qolkiper “qoca sinyora”ya dönüşü və Kriştiano Ronaldo haqqında açıqlama verib:

“Sürətli, axıcı futbol göstərdik, amma son ötürmələrdə yaxşı deyildik. Yaxşı nəticə qazandıq, cavab oyununda da işlərimiz asan olmayacaq.

“Yuventus”da çıxış edirsənsə, tənqidlərin olması normaldır, çünki hədəflər hər zaman yüksəkdir. Daha yaxşı oyun göstərə biləcəyimə inanıram. Bu dəfə “Yuventus”a daha motivasiyalı gəldim.

Klubla aramızdakı münasibətə görə məsuliyyətim daha çoxdur. Ronaldo inanılmaz futbolçudur. O, “Yuventus”a qayıtmağımın səbəbkarlarından biridir”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!