"Oğullarından forma aldım, indi nəvələrini gözləyirəm"

14 Fevral 2020 16:52 İtaliya 555
"Oğullarından forma aldım, indi nəvələrini gözləyirəm"

“Yuventus”un qapıçısı Canluicci Buffon İtaliya kubokunun yarımfinalında “Milan”la oyundan sonra (1:1) maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 42 yaşlı qolkiper "Milan"ın əfsanəvi futbolçusu Paulo Maldininin oğlu Daniel Maldini ilə forma dəyişdirməsinə münasibət bildirib:

“Kolleksiyamda Kyeza, Türam və Veanın həm özlərinin, həm də oğullarının formaları var idi. İndi isə Maldininin oğlundan forma aldım. Artıq onların nəvələrini gözləyirəm”.

2001-ci ildən “Yuventus”da çıxış edən Buffon 2018-2019 mövsümündə PSJ-də oynayıb, ötən il isə yenidən Turin klubuna qayıdıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"