“Roma” “Milan”ın hücumçusunu transfer etmək marağında

1 Yanvar 2020 16:45 İtaliya 615
“Roma” “Milan”ın hücumçusunu transfer etmək marağında

Növbəti transfer pəncərəsində “Milan”ın polşalı hücumçusu Kşiştof Pyentek “Roma”nın oyunçusu ola bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Nikola Şira öz “Twitter” hesabında məlumat verib.

Bundan əvvəl, “Milan”nın Pyenteki qışda icarəyə götürə biləcəyi barədə məlumat verilmişdi. Lakin, o, “Cenoa”ya qayıtmaq istəyir.

Ötən qışda 35 milyon avroya “Milan”a transfer edilən Pyentek, bu mövsüm İtaliya A Seriyasının 17 oyununda meydana çıxıb, dörd qol vurub. Polşa millisində isə 9 matçda 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti