Yeni baş məşqçinin debütü uğurlu alındı - VİDEO

27 Oktyabr 2019 23:10 İtaliya 485
Yeni baş məşqçinin debütü uğurlu alındı - VİDEO

"Cenoa"nın yeni baş məşqçisi Tiaqo Mottanın debütü uğurlu alınıb. Sportinfo.az xəbər verir ki, İtaliya A Seriyasında 9-cu turunda "Breşiya"nı qəbul edən komanda 0:1 hesabı ilə geri düşdüyü oyunda əzmkar qələbə qazanıb - 3:1.

Meydan sahiblərinin hər üç qolunu isə sonradan meydana daxil olan futbolçular - Kevin Aqudelo (66), Kristian Kaume (75) və Qoran Pandev (79) vurub.

İtaliya mətbuatı yazıb ki, daha əvvəl A Seriyasında meydana sonradan daxil olan hər üç futbolçu qol vurmayıb. "Cenoa" bu qələbə ilə xalını 8-ə çatdıraraq 17-ci pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"