Klubda qalmaq üçün maaşının üç qat azalmasına hazırdır

29 Aprel 2022 22:00 İtaliya 641
Klubda qalmaq üçün maaşının üç qat azalmasına hazırdır

“Napoli”nin bütün zamanların ən yaxşı bombardiri Dris Mertens komandada qalmaq üçün maaşını üç qat azaltmağa hazırdır.

Sportinfo.az xəbər verir ki, yeni müqavilə 2023-cü ilə qədər hesablana bilər. Hazırkı müqaviləyə əsasən, Mertensin maaşı bonuslar nəzərə alınmadan 4,5 milyon avro olaraq qiymətləndirilir.

Xəbərdə bildirilir ki, yeni müqaviləyə əsasən, futbolçu maaşını 1,5 milyon avroya qədər azaltmağa hazırdır.

Mertens futbolçu karyerasını “Napoli”də bitirmək arzusundadır.

34 yaşlı belçikalı futbolçu 2013-cü ildən “Neapol”da çıxış edir və hazırkı müqaviləsi bu yay başa çatır.

Mertens cari mövsümdə 33 matçda 11 qol vurub. Ümumilikdə, “Napoli”nin heyətində keçirdiyi 393 oyunda Mertens 146 qol vurub və bu, klub tarixində ən yaxşı nəticədir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"