“Bu futbolçuların maaşı kəsilməlidir, cəmiyyətə zərər verirlər”

5 Yanvar 2022 18:20 İtaliya 828
“Bu futbolçuların maaşı kəsilməlidir, cəmiyyətə zərər verirlər”

İtalyan mütəxəssis Fabio Kapello peyvənd olunmaq istəməyən futbolçular haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Kapello peyvənd olunmaq istəməyən futbolçuları kəskin tənqid edib.

Mütəxəssis bildirib ki, onları cəzalandırmaq lazımdır:

“Peyvənddən imtina eqoizmdir. Əgər polislər peyvənd olunmağa borcludurlarsa, başa düşmürəm, o zaman futbolçular niyə bunu etməsinlər?

Peyvənd olunmayan futbolçular cəmiyyətə ziyan vururlar. Onların məvacibini kəsmək lazımdır. Başa düşmək lazımdır ki, peyvənd olunanlar xəstəliyə qarşı daha dözümlü olur və tez sağalırlar”.

A seriyasında futbolçuların 98 faizi peyvənd olunub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!