“Qələbə bizi xoşbəxt etdi, oyun isə çox yordu”

8 Noyabr 2021 01:20 İtaliya 638
“Qələbə bizi xoşbəxt etdi, oyun isə çox yordu”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 12-ci turunda “Fiorentina”nı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, italyan mütəxəssis, 1:0 hesabıyla bitən matçı belə şərh edib:

“Qələbə bizi xoşbəxt etdi, oyun isə çox yordu. Taktikamızı dəyişdik. Bizim Federiko Bernardeski kimi yarımmüdafiəçiyə ehtiyacımız var.

Bu matçda səhvsiz oynadıq. Qarşıdakı oyunlarda da belə olmalıyıq. Ağır olsa da, yaxşı oyun göstərib qələbə qazandıq. Bu tura qədər çempionatda 7 xal itirdiyimizi düşünürəm.

Milli komandaların oyunları ilə əlaqədar fasilə yaranır. Futbolçular yığmalardan yorğun gələcək”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"