“Roma”nın AÇ-də sıradan çıxan futbolçusu əməliyyat olundu

7 İyul 2021 00:28 İtaliya 449
“Roma”nın AÇ-də sıradan çıxan futbolçusu əməliyyat olundu

Avropa çempionatının 1/4 finalında Belçika ilə oyunda zədələnən İtaliya millisinin müdafiəçisi Leonardo Spinatsola əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə onun formasını geyindiyi “Roma”nın mətbuat xidməti məlumat yayıb.

Futbolçunun Finlandiyada uğurlu əməliyyat keçirdiyi diqqətə çatdırılıb. Leonun sağalma müddəti ilə bağlı qarşıdakı həftələrdə daha dəqiq məlumat veriləcəyi bildirilib.

28 yaşlı futbolçu özü də əməliyyatdan sonra çəkilmiş fotosunu sosial şəbəkə hesabında paylaşaraq bunları qeyd edib:

“Əməliyyat mükəmməl keçdi. Mənə göstədiyiniz diqqət və qayğıya görə hər birinizə təşəkkürümü bildirirəm. Artıq gerisayım başladı. Tezliklə görüşmək ümidilə”.

Spinatsola Belçika ilə oyunun 80-ci dəqiqəsində zədələnərək meydanı xərəkdə və göz yaşları içində tərk etmişdi. Onun təxminən 4-6 ay müddətinə futbol oynaya bilməcəyi iddia olunur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"