Azərbaycan klubu hakimi təhqir edən legionerdən 5000 manat "tutdu"

2 Fevral 11:00 Qəbələ 932
Azərbaycan klubu hakimi təhqir edən legionerdən 5000 manat "tutdu"

"Qəbələ"nin mərakeş əsilli belçikalı legioneri Əyyub Allaş AFFA İntizam Komitəsi tərfindən 4 oyunluq cəzalandırılıb.

Buna səbəb onun Premyer Liqanın 20-ci turunun “Neftçi” ilə matçından sonra hakimi təhqir etməsi olub.

İnqilab Məmmədov tərəfindən birbaşa qırmızı vərəqə alan yarımmüdafiəçi 2-si şərti olmaqla 4 oyunluq cəzalanıb,

“Qəbələ” 3000 manat cərimələnib. Ona 3 aylıq sınaq müddəti təyin edilib.

Sözügedən matç "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Allaş dilini dinc saxlaya bilmədiyinə görə klubun özü tərəfindən də cəzaya tuş gəlib.

Daxili nizam-intizam kodeksinə görə ərəb futbolçu 5000 manat cərimələnib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti