"Bura kişilərdən ibarət komandadır, kiminsə sözü kiminsə boğazından keçməyə bilər"

16 Aprel 14:00 Qəbələ 620
"Bura kişilərdən ibarət komandadır, kiminsə sözü kiminsə boğazından keçməyə bilər"

«Ümumiyyətlə, işlərin yaxşı getmədiyi, sonuncu yerdə olan komandada əsəblərin gərgin olması, emossiyaların cilovlanmaması hallarına rast gəlinir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin idman direktoru Səbuhi Səfiyarlı deyitb.

Təcrübəli funksioner Premyer Liqanın 30-cu turunda «Turan Tovuz»a 1:2 hesablı məğlubiyyətdən sonra komanda daxilində yaşanan mübahisələri adi hal kimi qarşılamalı olduğumuzu söyləyib:

«Bir çox tanınmış məşqçilərin, ulduz futbolçuların kitablarını oxuyanda, görürsən ki, böyük klublarda belə, dəfələrlə bu cür hadisələr baş verib. Ona görə də bu tip olayların olması hardasa başadüşüləndir.

Amma kimisə döymək, həmin şəxsə qarşı yolverilməz üsullardan istifadə eləmək bir hal, təbii ki, ola bilməz. Bizim komandada o səpgili hadisə baş verməyib.

Oyunlar gərgin keçir və bu zaman futbolçuların komanda yoldaşlarına söz deməsinə normal yanaşmalıyıq.

Bura kişilərdən ibarət kollektivdir, kiminsə sözü kiminsə boğazından keçməyə bilər. Hamı eyni emossiyaya sahib deyil.

Amma əlbəttə, hər şey qayda-qanun çərçivəsində».

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU