COP29

“Mənə "qırmızı" göstərmək hüququ yoxdur” – Ciddi cəzaya məruz qalan adam

18 Aprel 16:40 Qəbələ 655
“Mənə "qırmızı" göstərmək hüququ yoxdur” – Ciddi cəzaya məruz qalan adam

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 30-cu turunda yaşananlarla bağlı qərarlar qəbul olunub.

Ən ağır cəza “Qəbələ” rəsmisinə verilib.

Qərarda deyilir:

“13.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Qəbələ” – “Turan Tovuz” oyununun fasiləsində Qəbələ klubunun meneceri Səbuhi Səfiyarlı hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalanır,

“Qəbələ” 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir “.

Kifayət qədər ağır cəza və cərimə olduğunu nəzərə alsaq, bölgə təmsilçisinin indiki vəziyyətdə hansı addım atacağı maraq doğurmaya bilməz.

Səbəbkar Səbuhi Səfiyarlı Sportinfo.az-a açıqlamasında qərarla razılaşmadığını deyərək apellyasiya şikayəti verəcəklərini deyib:

“Hakimlər Komitəsinə, eləcə də İntizam Komitəsinə müraciət etmişik. Bununla bağlı apellyasiya şikayətimiz də olacaq.

Bəli, hakimlərə etiraz etmişəm, amma heç kimi təhqir etməmişəm. Oyunun fasiləsində ilk hissədə qapımıza təyin olunan penalti və 43-cü dəqiqədə rəqibin qapısına əllə oyuna görə verilməyən 11 metrlik cərimə zərbəsi ilə bağlı etiraz etmişəm.

Adım protokolda yoxdursa, hakimin mənə qırmızı vərəqə göstərmək hüququ yoxdur. Səbəbini soruşduqda onu təhqir etdiyimi söylədi.

Hansı söyüşü söydüyümü soruşanda verdiyi cavab məni qane etmədi. Qərardan narazıyam və bununla bağlı müraciət edəcəyik”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu