Kaxa "Qəbələ"də nəyi dəyişdi? - ŞOK FAKTLAR

22 Aprel 23:00 Qəbələ 1 253
Kaxa "Qəbələ"də nəyi dəyişdi? - ŞOK FAKTLAR

Elmar Baxşıyevin dönəmində "Qəbələ"nin əsas bəlası şanssızlıq idi.

Bunu istənilən adamla müzakirəyə açığam.

Məsələn, oyunları bir-bir izləyəsi olsaq, aydın görərik ki, 1-2 oyun xaric bölgə klubu bütün matçlarda ən pis halda rəqibi ilə bərabər səviyyədə oyun keçirmişdi. Bir çox oyunda hətta birbaş üstün olmuşdu.

Amma istənilən halda məğlubiyyətlər sıralanırsa, ilk günahkar baş məşqçi hesab olunur.

Hər yerdə olduğu kimi, "Qəbələ"də də eyni məntiqə şahidlik etdik.

Baxşıyevlə yolları ayıran klubu Kaxaber Tsxadadzeni boş qalan posta təyin etdi.

Təbii ki, böyük ölçüdə məqsəd ab-havanı dəyişmək, mübarizə ruhunu qaldırmaq və lazım olan qələbələri sıralamaq idi.

Amma arxada qalan bir ayda tam fərqli mənzərə ilə üz-üzəyik.

Olan-qalan mübarizə ruhu havaya sovrulub.

Daxili ab-hava yerlə bir olub.

Qələbələrdən danışmaq isə axmaqĺıq hesab oluna bilər.

Çünki nəinki qələbələr, komanda gürcüstanlı mütəxəssisin rəhbərliyi altında heç bərabərlikləri belə sıralaya bilməyib.

Tam bir fiasko!

7 oyun 6 məğlubiyyət.

Vurulan 5 qolun müqabilində buraxılan 17 qol.

Meydanda isə daha əzik, daha aciz, ruhsuz "Qəbələ" ilə üz-üzəyik.

Qaş düzəldən yerdə göz dağıtmaq bu olsun gərək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti