"Qarabağ"la oyuna kimlər çıxmayacaq? – Bir neçə problemləri var

20 Aprel 01:00 Qəbələ 342
"Qarabağ"la oyuna kimlər çıxmayacaq? – Bir neçə problemləri var

“Qəbələ” Premyer Liqanın XXXI turunun “Qarabağ”la səfərdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub.

Sportinfo.az xəbər verir ki, iki futbolçu komandanın məşqinə qatılmayıb.

Ülvi İsgəndərov və Klesio Bauk zədə səbəbindən hazırlıq prosesində iştirak etməyiblər.

Aprelin 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq “Qarabağ” – “Qəbələ” qarşılaşması saat 16:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti