Azərbaycan klubunun bu əcnəbi ilə yolları ayırmasının ŞOK SƏBƏBİ BURADA!

15 Aprel 14:40 Qəbələ 918
Azərbaycan klubunun bu əcnəbi ilə yolları ayırmasının ŞOK SƏBƏBİ BURADA!

«Qəbələ»nin Abu Akal Ferasla yolun sonuna gəlməsinin səbəbi bilinib.

2022-ci ilin yayından ölkəmizdə çıxış edən israilli legionerlə vidalaşmaq Kaxaber Sxadadzenin qərarıdır.

Yeni baş məşqçi bir neçə ay öncə ağır zədədən dönən yarümmüdafiəçiyə onun xidmətində maraqlı olmadığını bildirib.

Gürcüstanlı çalışdırıcı 26 yaşlı orta sahə oyunçusuna deyib ki, qarşıdakı matçlarda ona şans verməyəcək. Feras da bu sözdən sonra düşərgəni tərk edib və Qəbələdən Bakıya qayıdıb.

Klubla onunla arasında bağlanmış müqavilənin şərtinə əsasən, əgər sözügedən legioner cari mövsüm ərzində 10 dəfə meydana çıxarsa, sözlüşmənin müddəti avtomatik olaraq 1 il uzadılacaq.

İsrailli legioner artıq 8 matçda forma geyinib. Başqa sözlə, «Qəbələ»də qalması üçün ona 2 qarşılaşmada da tər tökməsi kifayət edəcəkdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU