Premyer Liqa təmsilçisi daha bir əcnəbiyə qapını göstərdi - RƏSMİ

19 Aprel 2024 22:40 Qəbələ 1 528
Premyer Liqa təmsilçisi daha bir əcnəbiyə qapını göstərdi - RƏSMİ

“Qəbələ” Feras Abu Akalla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2022-ci ilin iyulundan “Qəbələ”də çıxış edən israilli legioner qırmızı-qara formada keçirdiyi 47 matçda 3 qol vurub.

Feras Abu Akal Premyer Liqada 37 (2 qol), Azərbaycan Kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar