Azərbaycan klubu bu legionerini də yola saldı – SON DƏQİQƏ

13 Aprel 2024 21:15 Qəbələ 5 178
Azərbaycan klubu bu legionerini də yola saldı – SON DƏQİQƏ

Premyer Liqanı tərk edəcəyi şübhə doğurmayan “Qəbələ”də növbəti ayrılıq yaşanıb.

Tarixinin ən pis mövsümünü keçirən “qırmızı-qaralar” Gilad Abramovdan sonra daha bir legionerlə vidalaşıb.

24 yaşlı yarımmüdafiəçi martda yola salınmışdısa, onun israilli həmyerlisi Abu-Akal Ferasın qismətində indi getmək varmış...

2022-2023-cü illər mövsümündən komandanın formasını geyinən 27 legioner peşəkar karyerasına “Hapoel İroni”də başlayıb.

O, 2019-cu ilin yayında “Aşdod”a keçib. Növbəti 3 mövsümdə burada çıxış edən yarımmüdafiəçi İsrail çempionatının yüksək liqasında 82 oyunda şans qazanıb.

Abu-Akal Ferasın “Qəbələ” ilə müqaviləsi yayda başa çatacaqdı. O, 7 aylıq ağır zədədən sonra bu ilin əvvəlində düşərgəyə dönmüşdü.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR