"Mançester Yunayted" İslamı transfer hədəfinə aldı

25 Yanvar 2020 09:56 İngiltərə 744
"Mançester Yunayted" İslamı transfer hədəfinə aldı

Markus Reşfordun zədələnməsindən sonra hücumçu axtarışına başlayan "Mançester Yunayted" "Monako"da icarə əsasında çıxış edən "Lester Siti"nin hücumçusu İslam Slimanini transfer hədəfinə alıb.

Sportinfo.az xəbər verir ki, "qırmızı şeytanlar" əlcəzairli hücumçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir.

İddiaya görə, Mançester təmsilçisi 31 yaşlı futbolçunu icarəyə götürmək üçün "Lester Siti"yə 4 milyon funt-sterlinq ödəməyə hazırdır.

Slimani bu mövsüm "Monako"nun heyətində Fransa çempionatında keçirdiyi 13 oyunda 7 qol vurub, 7 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"