Mərakeş millisinin müdafəçisi paytaxt klubuna transfer oldu

21 İyun 2022 21:40 İngiltərə 617
Mərakeş millisinin müdafəçisi paytaxt klubuna transfer oldu

"Vest Hem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi "Renn"in müdafiəçisi Nayef Aqerdi rənglərinə bağlayıb.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

"Vest Hem" mərakeşli oyunçu ilə 5 illik müqavilə imzalayıb. Premyer Liqa təmsilçisinin bu keçid üçün Fransa klubuna 35 milyon avro ödədiyi bildirilir.

Mərakeş millisinin üzvü olan Nayef Aqerd son mövsümdə "Renn"in heyətində meydana çıxdığı 40 rəsmi matçda 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"