Mourinyoya "Roma"dan 2 dəfə çox pul ödəyəcək - "Tottenhem"

5 May 2021 22:00 İngiltərə 1 318
Mourinyoya "Roma"dan 2 dəfə çox pul ödəyəcək -

"Tottenhem"dən ayrılan Joze Mourinyo "Roma"nın baş məşqçisi olacaq.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin illik maaşı 5 milyon funt-sterlinq olacaq.

56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Onun "Tottenhem"dəki illik maaşı isə 15 milyon funt-sterlinq idi.

London təmsilçisi Mourinyoya növbəti mövsüm 10 milyon funt-sterlinq məvacib ödəyəcək.

Təzminat maddəsinə əsasən, Mourinyo "Tottenhem"dən sonra çalışacağı yerdə daha az maaşa işləyərsə, London təmsilçisi məvacib fərqini ödəməli olacaq.

Bu səbəbdən Mourinyonun 5 milyon funt-sterlinq maşıını "Roma", 10 milyonunu isə "Tottenhem" ödəyəcək.

Digər Xəbərlər
Xəbər Lenti