AÇ-2020-dən sonra “Tottenhem”i çalışdıra bilər – millinin baş məşqçisi

5 May 2021 10:20 İngiltərə 426
AÇ-2020-dən sonra “Tottenhem”i çalışdıra bilər – millinin baş məşqçisi

Belçika milli komandasının baş məşqçisi Roberto Martines İngiltərədə çalışa bilər.

Sportinfo.az xəbər verir ki, “Tottenhem” rəhbərliyi baş məşqçi postuna Martinesi gətirmək niyyətindədir. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Martines AÇ-2020-dən sonra “Tottenhem”də işə başlaya bilər. Tərəflər arasında artıq ilkin danışıqların başladığı iddia olunur.

2016-cı ildən Belçika yığmasını çalışdıran Martinesin milli komanda ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

“Tottenhem”i hazırda müvəqqəti olaraq Rayan Meyson çalışdırır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"