Prezident Maradona ilə vida mərasimində iştirak etdi - Argentinada

27 Noyabr 2020 00:10 Dünya futbolu 507
Prezident Maradona ilə vida mərasimində iştirak etdi - Argentinada

Ötən gün dünyasını dəyişmiş Dieqo Maradona ilə vida mərasiminə Argentinanın prezidenti Alberto Fernandes də qatılıb.

Sportinfo.az xəbər verir ki, Buenos-Ayresdəki Kasa Rosada prezident sarayında keçirilən tədbirdə onu ölkənin birinci xanımı Fabiola Yanes müşayiət edib. Onların mərasimə helikopterlə gəldikləri bildirilib.

Prezident saraya daxil olarkən içəriyə digər şəxslərin girişi müvəqqəti dayandırılıb. Bu zaman Maradonanın qohumları da orada olub.

Dieqo Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"