Əsas və gənclər yığmalarının bütün məşqçiləri qovulacaq!

19 Noyabr 2020 18:40 Dünya futbolu 578
Əsas və gənclər yığmalarının bütün məşqçiləri qovulacaq!

Qazaxıstan yığmasının məşqçilər heyəti tab tərkibdə istefaya göndəriləcək.

Sportinfo.az xəbər verir ki, əsas yığma ilə yanaşı gənclər yığmasının da məşqçilər korpusu qovulacaq.

Bu barədə mətbuata Qzaxıstan Futbol Federasiyasından məlumat sızdırılıb.

Gözlənilir ki, sab ah federasiyada yığmaların nəticələri ilə bağlı iclas keçiriləcək və qərar qəbul ediləcək. O da bildirilir ki, məşqçilərlə yanaşı, yığmaya cavabdeh olan bir neçə federasiya rəsmisi də işini itirəcək.

Qazaxıstan yığması Millətlər Liqasında qrup mərhələsini sonuncu pillədə başa vurub və C liqasında qalmaq üçün mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!