Yeni baş məşqçi ilə 2 illik müqavilə imzalandı - FOTO

29 İyul 2020 15:32 Dünya futbolu 793
Yeni baş məşqçi ilə 2 illik müqavilə imzalandı - FOTO

Portuqaliyanın “Braqa” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportinfoaz xəbər verir ki, komandanı Karlos Karvahal çalışdıracaq. 54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Portuqaliyanın Braqa şəhərindən olan Karvahal keçən mövsüm ölkəsinin “Rio Ave” klubunu çalışdırıb.

"Braqa" başa çatan mövsümü 3-cü pillədə başa vurub. Komanda Avroliqada mübarizəyə qrup mərhələsindən başlayacaq.


Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"