"Qrafik sıxdır, yüklənmə çox olacaq, müddət uzadılmalıdır"

11 İyul 2020 16:14 Dünya futbolu 550
"Qrafik sıxdır, yüklənmə çox olacaq, müddət uzadılmalıdır"

"Beş əvəzetmə" qaydasının müddəti uzadıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino məlumat verib:
"Çempionlar Liqası avqustda başa çatacaq. Daha sonra beynəlxalq matçlar, çempionatlar, Avropa çempionatının təsnifat oyunları, dünya çempionatının seçmə matçları, bir sözlə, 2020-21 mövsümü başlayacaq.

Qrafik sıxdır, yüklənmə çox olacaq. Biz oyunçuların sağlamlığını qorumalıyıq. Hazırda 5 əvəzetmədən istifadəyə icazə verilir. Məncə, qaydanın müddəti uzadılmalıdı. Bu barədə müzakirələr aparırıq".

Koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyət səbəbindən 2021-ci il, 1 yanvar tarixinə kimi komandaların 5 oyunçu dəyişikliyindən istifadə etməsinə icazə verilib.

Digər Xəbərlər
Xəbər Lenti