Tanınmış baş məşqçi 8 dəqiqə 46 saniyə diz çökdü - FOTO

10 İyul 2020 18:20 Dünya futbolu 732
Tanınmış baş məşqçi 8 dəqiqə 46 saniyə diz çökdü - FOTO

“Monreal İmpakt”ın baş məşqçisi Tyerri Anri ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən qətlə yetirilən Corc Floydun ölümünə biganə qalmayıb.

Sportinfo.az xəbər verir ki, fransalı mütəxəssis MLS Liqasında “Nyu England”la oyunun (0:1) start fitindən dərhal sonra dizi üstə çöküb və 8 dəqiqə 46 saniyə bu vəziyyətdə dayanaraq Floydun xatirəsini yad edib.

Mayın 25-də ABŞ polisləri Corc Floydu 8 dəqiqə 46 saniyə boğub. Daha sonra o, xəstəxanada ölüb. Anri də məhz buna görə irqçiliyə etiraz olaraq qeyd edilən müddətdə dizi üstə çöküb.

ABŞ-da Corc Floydun ölümündən sonra əksər ştatlarda etiraz aksiyaları keçirilir. İdman ictimaiyyətindən də etiraz nümayiş etdirənlər çoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"