Messi və Ronaldo eyni komandada oynayacaq?

27 İyun 2020 18:34 Dünya futbolu 1 541
Messi və Ronaldo eyni komandada oynayacaq?

Boka Xuniors"un futbolçusu Karlos Teves vida matçında Kriştiano Ronaldo və Lionel Messinin eyni komandada oynamasını istəyir.

Sportinfo.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu özü məlumat verib: "Müqaviləm bitdikdən sonra karyeramı başa vura bilərəm. Bəlkə əvvəllər şərəfini qoruduğum "Vest Hem "və ya" "Korintians"da oynaya bilərəm. Bunları daha sonra düşünəcəyəm.

Karyeramı başa vuracağım təqdirdə, ən böyük arzum birgə oynadığım ulduz oyunçuları eyni komandada toplamaqdır.

Vida matçımda ilk "11-liy"i müəyyələşdirmişəm. Canluici Buffon, Huqo İbarra, Rio Ferdinand, Qabriel Haynze, Patris Evra, Andrea Pirlo, Pol Skoulz, Pol Poqba, Kriştiano Ronaldo, Lionel Messi və Ueyn Runi. Karyeramı bitirsəm, bu oyunçulara eyni komandada oynamağı təklif edəcəyəm".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!