"Sizə eşq olsun, uşaqlar! Biz qürurumuzu itirmədik"

3 Aprel 2020 09:56 Dünya futbolu 417
"Sizə eşq olsun, uşaqlar! Biz qürurumuzu itirmədik"

Argentina yığmasının keçmiş futbolçusu Dieqo Maradona Folklend müharibəsində həlak olan həmvətənlərinin xatirəsini yad edib.

Sportinfo.az xəbər verir ki, bu barədə futbolçu özünün “Instagram” səhifəsində yazıb.

"Sizə eşq olsun, uşaqlar! Biz qürurumuzu itirmədik. Folklend adaları Argentinaya məxsusdur!" - Maradona sosial şəbəkədə yazıb.

Maradona dünya çempionatının 1986-cı ildə keçirilmiş 1/4 final matçında (2:1) əli ilə vurduğu qola görə üzr istəməkdən imtina edib. O, bunu Folklend müharibəsi üçün "simvolik qisas" adlandırıb.

Hər ilin 2 apreli Argentinada "Veteranlar və Folklend müharibəsində həlak olanlar günü" kimi qeyd olunur. Xatirə günü Folklend müharibəsində Böyük Britaniya silahlı qüvvələrinə qarşı döyüşmüş Argentina ordusu veteranlarının təntənəli təbrikinə və həlak olmuş hərbi qulluqçularının xatirəsinin yad olunmasına həsr edilib.

Folklend müharibəsi 2 aprel 1982-ci ildə başlayıb və həmin ilin 14 iyununda başa çatıb.

“Report” xatırladır ki, Britaniyanın həmin dövrdə baş naziri sonralar “dəmir ledi” ləqəbini almış Marqaret Tetçer olub. O, Folklend müharibəsindən istifadə edərək növbədənkənar seçkilərə gedib və öz hakimiyyətinin ömrünü uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"