Ronaldo finalda Messini uddu, tarixin ən yaxşı futbolçusu seçildi

2 Aprel 2020 19:16 Dünya futbolu 1 195
Ronaldo finalda Messini uddu, tarixin ən yaxşı futbolçusu seçildi

İspaniyanın "Marca" nəşri oxucuları arasında tarixin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün sorğu keçirib.

Sportinfo.az xəbər verir ki, səsvermə pley-off formatında təşkil edilib.

Burada oxucular əfsanəvi oyunçudan birini seçməli olub, qalib gələnlər isə növbəti mərhələyə adlayıb. Final duelində Lionel Messi ("Barselona", İspaniya) və Kriştianu Ronaldo ("Yuventus", İtaliya) üz-üzə gəliblər.

Finalda Ronaldo 54 faiz, Messi 46 faiz səs toplayıb.

Səsvermədə finala gedən yolda portuqaliyalı hücumçu Paolo Maldini, Zinəddin Zidan və Dieqo Maradonanı qabaqlayıb. Messi isə öz növbəsində Ferents Puşkaş, Alfredo Di Stefano və braziliyalı Ronaldoya qalib gəlib.

Ronaldo Maradonadan iki faiz çox səs toplayaraq üçüncü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti