"Belə komanda hətta Premyer Liqada da yaxşı oynaya bilərdi"

17 Avqust 2023 00:10 İtaliya 793
"Belə komanda hətta Premyer Liqada da yaxşı oynaya bilərdi"

"Milan"ın sabiq futbolçusu Antonio Noçerino "rossonyerlər"in yeni mövsümdəki perspektivlərini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, "pianetamilan.it" portalına danışan veteran futbolçu bu mövsüm sabiq klubunun çempionluq mübarizəsində olacağına inandığını dilə gətirib:

"Bu "Milan" skudetto uğrunda mübarizə aparacaq. Belə komanda hətta İngiltərə Premyer Liqasında da yaxşı oynaya bilərdi.

Stefano Pioli aqressiv, iddialı komanda qurmağı bacarıb. Bu, məni yaxşı mənada təəccübləndirib".

Noçerino “Yuventus”, “Cenoa”, “Krotone”, “Palermo”, “Vest Hem”, “Torino”, “Parma”, “Orlando Siti”, “Benevento”da oynayıb. O, 2011-2016-cı ildə “Milan”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"