Prezidentin qızı ondan hamilə qaldı, qovdular

12 Dekabr 2019 13:27 Dünya futbolu 998
Prezidentin qızı ondan hamilə qaldı, qovdular

Sloveniyanın 2-ci divizionunda çıxış edən komandalardan biri nigeriyalı legioneri qovub.

Sportinfo.az xəbər verir ki, buna səbəb futbolçunun klub prezidentinin qızı ilə eşq macərası yaşamasıdır. Qız həmin futbolçudan hamilə qalıb. Bu barədə futbolçu özü məlumat verib:

“Məni ofisə söhbətə dəvət etdilər. Bildirdim ki, bu hamiləliyə görə məsuliyyəti üzərimə götürürəm. Qeyd etdim ki, o qızla, sadəcə eşq macərası yaşamıram, onu sevirəm.

Mənə dedilər ki, evdən çıxmayıb və məlumat gözləyim. Bir həftə evdə oturduqdan sonra məni bazaya dəvət edib bildirdilər ki, müqaviləyə xitam verdilər”.

Atası qıza göstəriş verib ki, futbolçunu bütün sosial şəbəkələrdə blok etsin.

Digər Xəbərlər
Xəbər Lenti