"Copa America"da püşk atıldı - 2 qrupda mübarizə aparacaqlar

4 Dekabr 2019 13:12 Dünya futbolu 596
"Copa America"da püşk atıldı - 2 qrupda mübarizə aparacaqlar

Amerika Kubokunda (CONMEBOL) qrup mərhələsinin püşkü atılıb. Sportinfo.az xəbər verir ki, gələn il Argentina və Kolumbiyada keçiriləcək yarışın iştirakçıları ötənilkindən fərqli, iki qrupa bölünüb.

Meydan sahiblərindən Argentina A qrupunda Boliviya, Uruqvay, Çili, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq. Digər ev sahibi Kolumbiya isə son çempion Braziliya, Venesuela, Ekvador, Peru və Qətərlə B qrupunda yarışacaq.

Hər qrupda ilk 4 yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaq. Turnir 2020-ci il iyunun 12-də Argentina - Çili qarşılaşması ilə başlayacaq. Ötən il Braziliyada təşkil edilmiş və meydan sahiblərinin qalib olduğu Amerika Kuboku 3 qrupla start götürmüşdü.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!