Ronaldo haqda dediklərinə aydınlıq gətirdi: "Zarafat edirdim"

3 Dekabr 2019 13:09 Dünya futbolu 1 385
Ronaldo haqda dediklərinə aydınlıq gətirdi:

"Qızıl top" mərasimindən əvvəl "Yuventus"un hücumçusu Kriştianu Ronaldo haqda səsləndirdiyi fikirlərə görə britaniyalı jurnalist Pirs Morqan tərəfindən tənqid olunan "Liverpul"un müdafiəçisi Vircil van Deyk dediyi sözlərə aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, niderlandlı futbolçu sosial şəbəkə vasitəsilə ona "Yox... Kriştianu səndən kifayət qədər yaxşıdır. Sən onun səviyyəsində deyilsən" yazan media nümayəndisinə belə cavab verib:

"Salam, Pirs. Əgər siz sosial şəbəkələrdəki səs-küyə qulaq asmasaydız və mənim müsahibəmi sona qədər dinləsəydiz, zarafat etdiyimi və Messi ilə Ronaldoya hörmətlə yanaşdığımı bilərdiz".

Xatırladaq ki, van Deyk portuqaliyalı ulduzun tədbirdə iştirak etməməyini şərh edərkən "Məgər Ronaldo "Qızıl top"a namizəd idi?" sualını verib. Onun bu sözləri isə futbol ictimaiyyəti və azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"